11:34 19 Mart 2018
228 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında ikinci yeri tutub. İdmançımız bu qələbə ilə həm də aktivinə reytinq balları yazdırıb.

 R.Pevtsov yarışın 750 kilometrlik su mərhələsini 9 dəqiqə 56 saniyəyə başa vurub. O, 20 kilometr məsafəyə veloyürüşü 30 dəqiqə saat 2 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 5 kilometr məsafəyə qaçış yarışlarında isə R.Pevtsov 14 dəqiqə 32 saniyəlik nəticə göstərib. Ümumi hesablamada R.Pevtsov 56 dəqiqə 12 saniyə vaxt göstəricisi ilə ikinci yerə layiq görülüb.

Turnirdə 73 idmançı mübarizə aparıb. Yarışın qalibi britaniyali Barklay İzzard olub.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 5 dəqiqə 54 saniyəlik nəticə ilə 12-ci olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-04-2018
23.04.2018 Neft ucuzlaşıb
22-04-2018
21-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8419 san