13:06 19 Mart 2018
379 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 140-260, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 100 faizini təşkil edir.

Departamentdən  bildirilib ki, martın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 325 kubmetr olmaqla ongünlük normanın 122 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 203 kubmetr olmaqla ongünlük normanın 76 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 89 kubmetr olmaqla ongünlük normanın 95 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 66 kubmetr təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 16, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 (2017-ci il martın 19-da 406 sm), Şirvanda 219 (2017-ci il martın 19-da 259 sm), Salyanda 183 (2017-ci il martın 19-da 178 sm), Bankədə 175 (2017-ci il martın 19-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 84 santimetr (2017-ci il martın 19-da 105 sm) təşkil edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9707 san