19:22 19 Mart 2018
1185 dəfə oxunub
Çap versiyası
...

 

 

Azərbaycanın müstəqilliyinin qorunması, müstəqil siyasətin davam etdirilməsi, iqtisadi yüksəliş, sosial rifah, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin əsas məqsədləridir. Azərbaycan sabit, güclü, demokratik, hüquqi dövlətdir və bütün parametrlərə görə regionda liderdir. Böyük iyirmiliyin sammitində iştirak, nüvə təhlükəsizliyi tədbrilərində böyük dövlətlərlə birgə müzakirə tərəfdaşı, regional sabitliyin qorunmasında əsas təminatçı ölkələrdən biri, beynəlxalq terrorizmlə mübarizə üçün dünya dövlətləri ilə birgə mübarizənin təşkilatçısı olması göstərir ki, Azərbaycan dünya siyasətinin əsas və aparıcı dövlətlərindən biridir.

Azərbaycan regional inkişafın əsas dayağı olan ölkələrdən biridir. Böyük neft-qaz layihələrindən sonra Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu xəttinin açılışı Azərbaycanın böyük layihələrin reallaşmasında dünya üçün əvəzedilməz bir dövlət olduğunun göstəricisidir.

Bütün bu nailiyyətlərin əsası  ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən indiyədək Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Artıq regionun aparıcı dövləti olan Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən etibarlı strateji tərəfdaşa çevrilmişdir. Azərbaycan bu gün demokratik modernizasiya və milli dəyərlərin harmoniyası ilə dünya üçün örnək olan ölkələrdəndir. Multikultural dəyərlər, mədəniyyətlərarası  dialoq, tolerantlıq Azərbaycan cəmiyyətinin əsas aparıcı və prioritet xətlərindəndir. Bu gün Azərbaycan dünyanın toqquşan maraqlarının belə dialoq məkanlarından biridir. Azərbaycan paytaxtında dəfələrlə yüksək səviyyəli NATO-Rusiya, ABŞ-Rusiya danışıqları aparılır.  Azərbaycan dövləti bu yüksək etimadı məhz Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanmışdır.

Aparılan  ictimai  rəy  sorğularının  nəticələri  göstərir  ki,  Azərbaycan  seçicilərinin  80 %-dən  çoxu ölkədə  davamlı  sosial – iqtisadi  inkişaf  və  modernləşmə xəttinin  davam etdirilməsinin tərəfdarıdır.

Bütün bunları nəzərə alaraq, “Ağ Yol”  Vətəndaş Hərəkatı, vətəndaşları Azərbaycan  Respublikası  Prezidenti  seçkilərində  ölkədə  sosial  dövlət  quruculuğunun    təminatçısı  olan cənab  İlham  Əliyevə  səs  verməyə  çağırır.  

 “Ağ Yol” Vətəndaş Hərəkatı  cənab İlham Əliyevin uğurlu inkişaf yoluna “DAVAM” deyir və bu gündən etibarən “Prezidentin 20 ən böyük uğuru” adlı  kompaniyaya start verdiyini bəyan edir!

 

“Ağ Yol” Vətəndaş Hərəkatı

Bakı şəhəri, 19 mart 2018-ci il

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Erməni təxribatı
08:37 15.07/2018
 
Xəbər başlıqları
16-07-2018
16.07.2018 Neft ucuzlaşıb
15-07-2018
15.07.2018 Erməni təxribatı
14-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9896 san