20:08 19 Mart 2018
220 dəfə oxunub
Çap versiyası
...

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə martın 19-da Mərkəzi Seçki Komissiyasında (MSK) püşkatma keçirilib. Bu barədə  MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, artıq prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb, 8 iddiaçının namizədliyi qeydə alınıb və martın 19-dan seçkiqabağı təşviqata start verilib. Seçki Məcəlləsinin tələbinə əsasən, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq, həftədə 6 saat efir vaxtı ayrılıb. Qeydə alınmış namizədlər və namizədləri qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19.00-da radioda, 22.00-da isə televiziyada istifadəçilərin sərəncamına veriləcək. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə əvvəlcədən püşkatma komissiyası yaradılıb, püşkatmanın keçirilməsi tarixi və vaxtı müəyyən olunub.

Sonra qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib və prezidentliyə namizədlərin, yaxud onların səlahiyyətli nümayəndələrinin “Dəyirmi masa” ətrafında yerləşmə və sözverilmə ardıcıllığı müəyyən olunub.

Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrinin rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəlinin Seçki Məcəlləsində nəzərdə tutulan qaydada dərc edilməsini qərara alıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:27 22.04/2018
 
Xəbər başlıqları
23-04-2018
23.04.2018 Sabahın havası
23.04.2018 Neft ucuzlaşıb
22-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4878 san