22:06 19 Mart 2018
395 dəfə oxunub
Çap versiyası
...

Novruz bayramı və baharın gəlişi münasibətilə Azərbaycan paytaxtında keçirilən ümumxalq şənliyi martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.

Parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən və oynaq mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən musiqi proqramı tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.

Bayram şənliyi Bakının bahar səmasını al-əlvan rənglərə boyanan möhtəşəm atəşfəşanlıqla başa çatıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-07-2018
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5851 san