08:00 20 Mart 2018
527 dəfə oxunub
Çap versiyası
...

Martın 19-da Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirində ikinci dövrəyə start verilib.

Strategiya.az xəbər verir ki, turnirin səkkizinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin ilə üz-üzə gəlib. Şahmatçılar 30-cu gedişdə sülh bağlayıblar və hərəyə 0,5 xalla kifayətlənməli olublar. Bu oyundan sonra Azərbaycan şahmatçısı xallarının sayını 5-ə çatdırıb.

Tur çərçivəsində bir görüş istisna olmaqla bütün qarşılaşmalar heç-heçə başa çatıb. ABŞ təmsilçisi Uesli So həmyerlisi, turnirin lideri Fabiano Karuana ilə xalları yarı bölüb. Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan) qarşılaşmasında da qalib müəyyənləşməyib.

Günün sonuncu başa çatan qarşılaşması Rusiya təmsilçiləri Aleksandr Qrişuk ilə Vladimir Kramnik arasındakı oynanılıb. Gərgin keçən partiyanın 91-ci dəqiqəsində A.Qrişuk şahmat taxtasından qalib ayrılıb.

Beləliklə, 8 turdan sonra Fabiano Karuana turnirdə liderliyini davam etdirir. Onun 5,5 xalı var. Liderdən yarım xal geri qalan Şəhriyar Məmmədyarov ikinci pillədəki mövqeyini qoruyub. A.Qrişuk səkkizinci turda qələbə sayəsində xallarının sayını 4,5-ə çatdıraraq üçüncü pilləyə yüksəlib.

İddiaçılar turnirinə martın 28-də yekun vurulacaq. Turnirin mükafat fondu 420 min avrodur.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Avroliqada 3 oyun
09:00 17.07/2018
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6125 san