08:09 20 Mart 2018
206 dəfə oxunub
Çap versiyası
...

Martın 19-da Milli Olimpiya Komitəsinin inzibati binasında yeni yaradılmış Azərbaycan Boccia İdman Federasiyasının təqdimat mərasimi keçirilib.

Strategiya.az  xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Azərbaycan paralimpiyaçılarının dünya miqyaslı yarışlarda uğurla çıxış etdiklərini vurğulayan İ.Rəhimov diqqətə çatdırıb ki, ölkəmizdə boccia idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.

Mərasimdə İ.Rəhimovun təklifi ilə Vüqar Əsgərov Azərbaycan Boccia İdman Federasiyasının vitse-prezidenti seçilib. Boccia idmanı üzrə baş məşqçi vəzifəsində çalışmış İlham Məhərrəmov isə baş katib vəzifəsinə təyin edilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında Azərbaycan Boccia İdman Federasiyasının yaradılmasının əhəmiyyətini qeyd edib və ona uğurlar arzulayıb. Nazir müavini yeni federasiyanın yaradılmasının ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının göstəricisi olduğunu bildirib.

Qeyd edək ki, 1984-cu ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən boccia 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cu ildən ölkəmizdə boccia idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-04-2018
26.04.2018 Neft bahalaşıb
25-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7035 san