08:43 20 Mart 2018
357 dəfə oxunub
Çap versiyası
...

Fövqəladə Hallar Nazirliyi Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar məlumat yayıb.

Strategiya.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göygöl rayonu ərazisində “BMW” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması barədə məlumat daxil olub. Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Qəza zamanı ölən 1988-ci il təvəllüdlü İvan Kodrean adlı şəxsin (Moldova vətəndaşı) cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan digər vətəndaş (şəxsiyyəti dəqiqləşdirilir) xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
13:11 17.07/2018
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6027 san