09:49 20 Mart 2018
470 dəfə oxunub
Çap versiyası
...

Türkiyənin “NTV Spor” kanalı fəaliyyətini dayandırıb. Telekanal dünən keçirilən “Fənərbaxça” - “Qalatasaray” matçından sonra efirə gedən “Yüzde Yüz Futbol” verilişi bitən kimi tamaşaçıları ilə vidalaşıb.

Dünən gecə Bakı vaxtı ilə saat 23.30-dan etibarən “NTV Spor”un yerində DMAX kanalı yayıma başlayıb. Əlavə edək ki, “NTV Spor” DMAX-ın məxsus olduğu “Discovery Networks” şirkətinə satılıb.

Qeyd edək ki, “NTV Spor” 2008-ci ilin martın 17-dən fəaliyyət göstərirdi. Beləliklə, telekanalın ömrü düz 10 il sürüb. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5959 san