10:28 21 Mart 2018
1262 dəfə oxunub
Çap versiyası
...

Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında novruz bayramını qeyd edəcəklər. Uğurlu aprel döyuşlərindən sonra öz doğma kəndlərinə qayıdan ailələr bayram hazırıqlarını başa çatdırıblar. Digər cəbhə kəndlərində də bu gün bayram sevinci yaşanıb. Daha ətraflı bölgə müxbirimiz Şamxal Cəliloğlunun hazırldığı reportajda.

24 il sonra bütün kənd bir yerə toplaşıb bayramı sevinclə qeyd edirlər. Cocuq Mərcanlı sakinləri bu bayramı başqa bir həyəcanla qarşılayır.

Uzun illər müxtəlif yerlərdə məcburi köçkün həyatı yaşayan sakinlər xeyli müddət sonra ilk dəfə öz doğma el-obalarında tonqal qalayıb onun ətrafına toplaşıblar.

Bayram sevinclərini bölüşən sakinlər uzun sürən həsrətin sona çatdığını deyirlər. Öz evində və yurdunda bayram keçirməyin böyük zövq verdiyini bildirirlər.

Ağdamın cəbhə xəttində yerləşən Orta Qərvənd kəndində də bayram ab-havası yaşanır. Kənd sakinləri düşmənlə üz-üzə olmalarına baxmayaraq, bacardıqca qədim el adətlərini qoruyub saxlamağa çalışırlar. Balacalar yumurta döyüşdürür, gənclər dirədöymə oynayır və papaq atırlar.

Amma tədbiri də əldən verməyən kənd sakinləri artıq neçə illərdir bayram tonqalını vaxtından qabaq, yəni gün batmazdan əvvəl qalamaq məcburiyyətində qalırlar.

Digər cəbhəboyu kəndlərdə də bayram sevinci hər şeyə rəğmən fərqli yaşanır.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-04-2018
26.04.2018 Neft bahalaşıb
25-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8022 san