02:13 22 Mart 2018
573 dəfə oxunub
Çap versiyası
...

Mütəxəssislər pilot layihələrin icrasının kirayə evləri bahalaşdırdığını bildirirlər. Ekspertlər bahalaşmanın müvəqqəti olduğunu, qiymətlərin növbəti aylarda stabilləşəcəyini düşünürlər. Sentyabr ayında isə qiymətlər yenidən bahalaşa bilər.

Bakıda pilot layihələr çərçivəsində yüzlərlə ailə yeni evlərlə təmin olunana qədər kirayə evlərdə yaşamalı olurlar. Bu isə kirayə bazarını canlandırıb. Artıq bəzi əmlak şirkətləri ilin əvvəlindən bu yana kirayə qiymətlərində 3-10 faiz arasında bahalaşmanın olduğunu bildirirlər. Ekspertlər bildirir ki bahalaşma olsa da bu müvəqqəti xarakter daşıyır.

Rəşad Həsənovun sözlərinə görə qiymətlərin bahalaşması bir müddət sonra sabitləşmə ilə müşahidə olunacaq. Ancaq sentyabr ayından yenidən kirayə qiymətləri arta bilər.

Onu da qeyd edək ki, pilot layihə dövlətin dəstəyi ilə paytaxtın bir sıra rayonlarında həyata keçirilir. Bunda məqsəd istismar müddətini başa vuran binaların yeniləri ilə əvəzlənməsi və insanların daha müasir və yeni binalarla təmin edilməsidir. Eyni zamanda pilot layihə paytaxtın arxitektur quruluşunun müasirləşməsinə də xidmət edir.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5861 san