09:10 22 Mart 2018
1215 dəfə oxunub
Çap versiyası
...

İstanbuldakı “UNIQ Hall”da ABŞ-da yaşayan kamança ustası İmamyar Həsənovun konserti olub.

Strategiya.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “East West Flight” layihəsi çərçivəsində təşkil olunmuş konsertdə tanınmış kamança ustası və onun triosunun üzvləri Misirli Əhməd (zərb alətləri) və Cenk Ərdoğan (gitara) İstanbulun Filarmoniya orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa ediblər.

Konsertdən əvvəl mətbuata müsahibə verən İmamyar Həsənov bildirib ki, “bir millət, iki dövlət” anlayışı ilə qardaş Türkiyədə musiqisevərlərin qarşısında çıxış etmək sevindirici olmaqla yanaşı, çox məsuliyyətlidir. “Xalqımızın vətənpərvərliyini, mərdliyini əks etdirən Azərbaycan musiqisini dünyada təbliğ etməkdən qürur duyuram”, - deyə kamança ustası bildirib.

Həmvətənimiz İstanbuldakı konsertdən bir neçə gün əvvəl Ankarada musiqisevərlər qarşısında çıxış edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-07-2018
16.07.2018 Neft ucuzlaşıb
15-07-2018
15.07.2018 Erməni təxribatı
14-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8037 san