11:36 22 Mart 2018
293 dəfə oxunub
Çap versiyası
...

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan ərazisindən yükdaşımaların artımına böyük təsir göstərəcək. Bunu Trend-ə Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) bildiriblər.

QDTİB-dan bildiriblər ki, bank belə infrastruktur layihələrdə iştirak etməkdə maralıqıdr.

Bankdan deyiblər: "Şimal-Cənub" QDTİB-nin bir neçə üzv ölkəsini əhatə edən regional təşəbbüsdür. Bu layihə Azərbaycan üçün yalnız tranzit ölkə kimi əhəmiyyət daşımır, həmçinin ölkəyə və ölkədən mal tədarüklərinin artımına böyük təsir göstərəcək".

Bankdan onu da əlavə ediblər ki, QDTİB-ə Azərbaycanın iqtisadiyyatının inkişafına və regional əməkdaşlığa təsir göstərəcək istənilən layihə maraqlıdır.

Bankdan qeyd ediblər: "Biz layihənin inkişaf prosesini izləyirik və həmmaliyyəçi qismində iştirak etməyə hazırıq".

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə ilkin mərhələdə ildə 6 milyon ton, daha sonra isə 15-20 milyon ton yük daşınması nəzərdə tutulur.

 
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB), Qara Dəniz regionunun 11 ölkəsi tərəfindən yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:25 23.04/2018
 
Xəbər başlıqları
23-04-2018
23.04.2018 Neft ucuzlaşıb
22-04-2018
21-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2162 san