13:07 22 Mart 2018
432 dəfə oxunub
Çap versiyası
...

Sabunçu qəsəbə sakini Tarıyel Həmzəyevi qətlə yetirməkdə şübhəli bilinən Emin Ramazanov saxlanılıb.

DİN-dən  verilən məlumata görə, fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində almasını bildirib. Martın 21-də T.Həmzəyev xəstəxanada ölüb.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə, T.Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Ramazanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-04-2018
25.04.2018 Neft bahalaşıb
24-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4791 san