16:37 22 Mart 2018
257 dəfə oxunub
Çap versiyası
...

Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı fəaliyyət optimist yanaşma tələb edir.

Bunu ATƏT-in milli azlıqlar üzrə ali komissarı Lamberto Zanyer Twitter sosial şəbəkəsində mətbuat konfransı zamanı Trend-in sualına cavab olaraq bildirib.

Ali komissar qeyd edib: "Davam etməkdə olan bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsində qarşılıqlı fəaliyyət optimist yanaşma və prinsipiallıq tələb edir".

Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başlayıb.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlanıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal faktoru hələ də davam edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-04-2018
26.04.2018 Neft bahalaşıb
25-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5037 san