11:57 23 Mart 2018
232 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayında növbəti monitorinq həyata keçirib.

Departamentdən  bildirilib ki, mart ayının ikinci ongünlüyündə Kür çayında suyun sərfi mart ayının birinci ongünlüyünə nisbətən saniyədə 124 kubmetr artaraq saniyədə 343 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Mart ayının ikinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,99-7,02 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-04-2018
26.04.2018 Neft bahalaşıb
25-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6883 san