11:59 23 Mart 2018
324 dəfə oxunub
Çap versiyası
...

23 Mart - Ümumdünya Meteorologiya Günüdür. Bu tarix Dünya Meteorologiya Təşkilatına üzv olan 191 meteoroloji qurum tərəfindən qeyd edilir.
 
Strategiya.az Dünya Meteorologiya Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, həmin gün 1961-ci ildən etibarən təqvimə salınıb. Hər il martın 23-də aktiv mövzular ətrafında konfranslar, aksiyalar, maarifləndirmə tədbirləri keçirilir. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etmək, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına fikri yönəltməkdir. Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını başa salan təzə şüar seçilir. Bu ilin devizi "Hava şəraitinə hazırlaşırıq, iqlimi öyrənirik”dir.
 
Dünya Meteorologiya Təşkilatı 1950-ci il martın 23-də atmosfer hadisələri, okeanların atmosferlə əlaqəsi, iqlim və su resurslarının yer üzərində paylanma nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.
 
Hidrometeoroloji Proqnozlar Bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin operativ bölməsidir. Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat), aylıq proqnozlar, Xəzər dənizinin 6 akvatoriyası üzrə tərtib olunan qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli dəniz hidrometeoroloji proqnozlar tərtib edilir. Hava şəraitində kəskin dəyişiklik, Xəzər dənizində təhlükəli və ifrat təhlükəli hidrometeoroloji hadisələr gözlənilirsə əvvəlcədən hazırlanıb müvafiq orqan və təşkilatlara vaxtlı-vaxtında məlumat çatdırılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
13:11 17.07/2018
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6414 san