14:06 04 İyul 2014
4990 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixdə Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışının hər kəsin diqqətini cəlb etməsi qanunauyğun bir haldır. Bu çıxışın Azərbaycana münasibətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir dövlətdə diqqətlə dinlənməsi,  təhlil edilməsi təsadüfi deyildir. Azərbaycanın həyatında baş verən pozitiv dəyişikliklər,  əhəmiyyətli nəticələri ilə seçilən islahatlar, ən başlıcası isə Azərbaycanın son onilliklər ərzində bütün məsələlərdə qətiyyətli mövqeyi və iradəsi ona göstərilən marağın əsasənda dayanır. Yeni dünya durumunun formalaşdığı  və dünyanın hər yerində mürəkkəb proseslərin getdiyi bir dövrdə  Azərbaycan müstəqil dövlət kimi özünü təsdiq edir, apardığı daxili və xarici siyasət sayəsində ümumdünya miqyasında öz layiqli yerini tutur.

Dünyanı təlatümə gətirən qlobal proseslər fonunda Azərbaycanın regionda yeritdiyi balanslaşdırılmış siyasət, inamlı və qəti mövqeyə söykənən inkişaf  kürsu, dövlət quruculuğu, ictimai həyatın bütün sahələrində məqsədyönlü və sabit inkişafın təmin edilməsi müşahidə edilməkdədir.  Müstəqilliyin ötən iki onilliyi ərzində  iqtisadi, sosial, siyasi, mədəni quruculuq sahəsində  görülən işlər  möhkəm məntiqə əsaslanan quruculuq strategiyasına əsaslanır. Onun nəticələri də bu ardıcıl, dərindən düşünülmüş, detallarına qədər hesablanmış strateji inkişaf planının praktikada reallaşmasının nəticəsidir. Müstəqil Azərbaycanın tarixindən bu reallığı müşahidə etmək mümkündür. Əgər 1991-ci ildə müstəqilliyin əldə edilməsindən sonrakı ilk illərdə xaos bu müstəqilliyin özünü sual altına qoyurdusa, 1993-cü ildə etibarən Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışı ilə bu pərakəndəliyə, özbaşınalığa, sistemsizliyə son qoyuldu.  Gənc dövlətin ictimai həyatının bütün sahələrində  mükəmməl düşüncəyə əsaslanan quruculuq işlərinə start verildi. Məz buna görə, Müstəqil Azərbaycanın quruculuğunun başlanğıcı da məhz 1993-cü ildən götürülməlidir. Düzdür, Azərbaycanın müstəqilliyi  1991-ci ildə bərpa edilmişdir.  Lakin müstəqilliyin ilk illəri ağır vəziyyətə düşmüş, talan edilmiş, ərazilərinin xeyli hissəsi işğal edilmiş,  vətəndaş müharibəsi həddinə gətirilmiş bir ölkənin ölümlə həyat arasında çarpışması dövrü idi.

 Azərbaycanın bu günə qədər qazandıqları həyata keçirilən strateji inkişaf proqramının nəticələridir. Prezident İlham Əliyevin AŞPA-dakı çıxışı həmin reallığın mükəmməl ifadəsi idi. Həmin çıxış söykəndiyi reallıqlarla güclü idi. Bu çıxış Azərbaycanın müstəqillik dövründə əldə etdiklərinin qısa, konkret və mükəmməl ifadəsi idi. İctimai-iqtisadi və siyasi sahələrdə aparılan islahatlar, beynəlxalq konvensiyalara qoşulmalar və onların tam tətbiqinə nail olunması, Azərbaycanın beynəlxalq təşkilatlara daxil olaraq  onların zahirən deyil, həm də mahiyyətcə üzvünə çevrilməsi prosesini ardıcıl olaraq izləmək mümkündür.  Bu müddət ərzində Azərbaycan özünün Avropanın bir hissəsi olduğunu və onun humanist standartlarına uyğunluğunu real praktikada təsdiq etmişdir.

Prezidentin çıxışında fundamental azadlıqlara münasibətdə Azərbaycanın standartlara əməl etdiyi vurğulanmışdır.  Söz, mətbuat, yığıncaq azadlıqlarının təminatına dair tutarlı dəlillər ortaya qoyulmuşdur.  Mətbuat azadlığının təmin edilməsində senzuranın ləğvi, internet istifadəciləri dairəsinin yüksək səviyyədə genişliyi fakt və rəqəmlərlə sübut edilmişdir.  Çıxışda o da qeyd olunur ki, Azərbaycanda aparılan islahatlar kiminsə xoşuna gəlmək xatirinə aparılmır. “Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalq təsisatlardan müəyyən müsbət qiymətlər alaq. Bu, onunla bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk.”

Çıxışda vurğulanır ki, Azərbaycan Avropa Şurasına daxil olmaq qərarını qəbul edərkən bunu öz istəyi ilə etmiş və bu zaman öz məsuliyyətini, o cümlədən öhdəliklərin təmin olunmasının məsuliyytini də dərk edərək bu addımı atmışdır. Buna görə də Azərbaycanın Avropa demokratiyasının standartlarını qəbul etməsi təkcə bu və digər beynılxalq təşkilatların tələbi deyil, özünün daxili ehtiyacından, məqsədlərindən və inkişaf məntiqindən irəli gəlmişdir.

Azərbaycan sadəcə olaraq, Avropaya inteqrasiya etmir. O həm də tarixən  üzərinə düşən şərəfli bir missiyanı da həyata keçirir. Azərbaycanın özü tolerantlığın nümunəvi bir ölkəsi olmaqla yanaşı, həm də Sərqlə Qərb, fərqli dini və milli mənsubiyyətə söykənən mədəniyyətlərin birləşdiricisi missiyasını yerinə yetirən bir ölkə kimi fəaliyyət göstərir. Multikulturalizmin təbliği, müxtəlif mədəniyyətlərin yaxınlaşması və onlar arasında dialoqun intensivləşməsinə verilən töhfə Azərbaycanın hümanist mahiyyətini nümayiş etdirir. Təsadüfi deyildir ki, multikulturalizm dəyərlərinin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə  də sədrliyi müddətində fəaliyyətinin prioritetlərindən biri kimi bəyan edilir.

Təcridolmaların, ayrı – seçkiliyin, ədavətin Azərbaycan cəmiyyətinə və onun dövlətinin yeritdiyi beynəlxalq siyasətə zidd olduğu qeyd olunur. Regionda, dünyanın müxtəlix nöqtələrində gedən təhlükəli proseslərə və bəlalı hadisələrə Azərbaycanın birmənalı mövqeyi ortaya qoyulur.  Onların qarşısının alınmasının zəruriliyi və bu məqamda Azərbaycanın sülhpərəst və ədalətli münasibəti kifayət qədər güclü səslənir.  

Bununla yanaşı çıxışda Azərbaycan dövlətinin və cəmiyyətinin beynəlxalq təşkilatlara iradının  açıq şəkildə bildirilməsi, onların, konkret olaraq Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə qeyri ardıcıl mövqedə dayanmaları, öz maraqlarına müvafiq olaraq ikili standartlara yol vermələrinin birbaşa üzlərinə deyilməsi heç də Avropada hər gün qarşılanan bir reallıq deyildir. Xüsusən Azərbaycanın öz fəaliyyətində prioritetlərindən birinin məhz ikili srtandart yanaşmalarının aradan qaldırılması məqsədinin bəyan edilməsi, Azərbaycanın və onun prezidentinin inamlı iradəsinin ifadəsi idi.

Azərbaycanın öz fəaliyyətində prioritetlərdən danışarkən təkcə öz ölkəsinin deyil, həm də Avropanın və bütün dünyanı narahat edən məsələlrin ön plana çəkilməsi onun regionun və dünyanın müasirləşən, öz sözünə malik, müstəqil siyasət yeridən bir dövlət  mövqeyini ortaya qoyur. Çıxış Azərbaycanın mahiyyətini, onun niyyətlərini, inkişaf istiqamətlərini və imkanlarını, prinsiplərini və prioritetlərini qısa və konkret şəkildə ifadə edərək beynəlxalq aləmdə onun güclü simasını təqdim edir.

 

 


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9234 san