08:52 14 Aprel 2018
1250 dəfə oxunub
Çap versiyası
...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Qurban Səidin “Əli və Nino” romanının motivləri əsasında yazıçı-dramaturq Əli Əmirlinin qələmə aldığı eyniadlı pyesi əsasında hazırlanan tamaşanın məşqləri keçirilir.

Əsərdəki hadisələr 1914-18-ci illərdə Azərbaycanda gedən proseslər, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrlərin fonunda baş verir. Hadisələrin cərəyan etdiyi əsas məkan “tərəqqi etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır.

Romantik dram janrında olan əsərdə demokratik respublikanın məğlub olma səbəbləri göstərilir. O dövrün ictimai-siyasi məsələləri ön plana çəkilir.

Teatrdan bildiriblər ki, tamaşada əsas rolları ifa edən xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haqverdiyevlə bərabər teatrın gənc aktyorları Səyyad Məmmədov, Mehri Nəbiyeva və başqaları oynadıqları obrazları yaratmağa, xarakterini açmağa çalışırlar.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tamaşanın may ayının sonuna qədər teatrsevərlərə təqdim olunması nəzərdə tutulub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
E L A N
10:31 14.04/2018
 
Xəbər başlıqları
20-04-2018
20.04.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6188 san