18:46 14 Aprel 2018
1545 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

“Şimal axını-2” layihəsi artan siyasi müqavimətlə üzləşir. Lakin layihənin həyata keçiriləcəyi təqdirdə qazın Avropaya Ukraynadan nəqli, aydındır ki, 2019-cu ildən sonra da saxlanıla bilər.

Bu barədə Almaniyanın “Bild” qəzetinin baş məqaləsində deyilir.

Əvvəlcə Ukrayna nəqlini “Cənub axını” ilə əvəzləmək planlaşdırılırdı. Lakin “Qazprom” bu layihədən imtina etdikdən sonra bu nəqli Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən ikinci qaz xətti ilə əvəz etmək qərara alınıb.

Dünənə qədər elə təsəvvür vardı ki, “Şimal axını-2”nin çəkilişinə artıq heç nə mane ola bilməz. Almaniyanın nüfuzlu energetika konsernləri layihəyə fəal lobbiçilik edirlər. Onların maraqları aydındır. Birincisi, onlar Rusiyadan qazı imtiyazlı qiymətlərlə, özü də əsassız olmadan almağı nəzərdə tuturlar. İkincisi, Ukrayna nəqlinin dayandırılması onlar üçün əlavə rəqabət üstünlüyü sayıla bilər, çünki bu halda məhz Almaniya “Naftoqaz Ukrainı” şirkətinin rəhbəri Andrey Kobolevin “Bild”ə müsahibəsində qeyd etdiyi kimi, “Rusiya qazının Avropada əsas və yeganə qaz habı rolunu oynayacaq”.

Ukrayna, Polşa və Baltik ölkələrinin siyasi təşvişini, həmçinin Avropa Komissiyasının “Qazprom”la danışıqlara mandat tələb edən etirazını rəsmi Berlin rədd edib. “Şimal axını-2” qaz kəməri guya kommersiya layihəsidir və onu tikib-tikməmək qərarını layihədə iştirak edən şirkətlər verməlidirlər. Almaniya hökumətinin nümayəndələri jurnalistlərin suallarını hər dəfə bu formada cavablandırıblar. Lakin bu həftə Angela Merkel yeni qaz kəmərində “siyasi amillər”in mövcudluğunu təsdiq edərək, “etiraza çox diqqətlə qulaq asdığını” bildirib.

Onun fikrincə, “Şimal axını-2” layihəsinə görə qaz nəqli baxımından Ukraynanın heç bir əhəmiyyət daşımaması mümkün deyil. Rusiya Prezidenti ilə telefon söhbəti zamanı isə Merkel bildirib ki, “fikrimizcə nə qədər ki, Ukrayna nəqlinin bundan sonrakı rolu bizim üçün aydın deyil, “Şimal axını-2” layihəsi o vaxtadək mümkün olmayacaq”.

Bu həftə Merkel ilə görüşə, həmçinin Danimarkanın Baş naziri gəlib. Danimarka hökuməti ölkənin müstəsna iqtisadi zonasından qaz kəmərinin çəkilməsinə hələ razılıq verməyib.

Kanslerin ardınca Lars Lökke Rasmussen, həmçinin bildirib ki, “Şimal axını-2”yə gəlincə, söhbət təkcə ticarət layihəsindən deyil, həm də siyasətdən gedir. Belə ki, o, Ukrayna məsələsinin həlledici əhəmiyyət daşıdığını, onun hökumətinin qaz kəmərinə öz razılığını verib-verməmək qərarını qəbul edərkən geosiyasi çərçivə şərtlərini nəzərə alacağını anladıb.

Almaniyanın hakimiyyət orqanlarına gəlincə, “Şimal axını-2” layihəsi lazım olan icazələri artıq onlardan alıb. Lakin Almaniya hökumətinin hüquqi vasitələri var ki, bunlar da bu və ya digər razılaşmaların icrasına mane ola bilər. Hakimiyyətin dünənki mətbuat konfransında kanslerin rəsmi nümayəndəsi Şteffen Zaybert hadisələri qabaqlamaq və “Şimal axını-2” layihəsinin siyasi aspektlərinin nəzərə alınmayacağı halda hökumət qadağası ilə hədələmək istəməyib. Lakin o, Berlinin Ukrayna nəqlinin saxlanılmasında israrlı olmasına heç bir şübhə qoymayıb.


Müəllifin digər yazıları

  1. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  2. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  3. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  4. Deyəsən Avropa dağılır
  5. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  6. Almaniyada erməni fırıldaqları
  7. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  8. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  9. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  10. AFR Prezidenti Moskvaya səfər edəcək
  11. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  12. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  13. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  14. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  15. Dünya güclü kiberhücuma məruz qalıb
  16. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  17. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  18. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  19. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  20. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  21. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  22. Almaniyada prezidenti necə seçirlər?
  23. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  24. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  25. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  26. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  27. Potensial terrorçular güclü müşahidə altındadırlar
  28. Berlindəki hadisə terror aktıdırmı?
  29. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  30. Drezden sarayında ən məxfi illik forum keçirilir
  31. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  32. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-04-2018
20.04.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6927 san