12:48 15 Aprel 2018
1198 dəfə oxunub
Çap versiyası
...

 Azərbaycanda 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərində müşahidə missiyası ilə çıxış edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT PA və AŞPA-nın ortaya qoyduğu mövqe gözlənilən idi. Bu qurumun Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirməsi hamının bildiyi və hər dəfə də müşahidə etdiyi haldır. Bu kimi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı taleyüklü məsələlərdə hər zaman bu cür çıxış edir, öz qərəzli münasibətlərini nümayiş etdirirlər. Məsələlərə ikili standartlardan çıxış etmək onların xarakterik cəhətidir və bu xüsusiyyətlərini açıq-aşkar göstərirlər. Adlarında olan demokratik dəyərlər, insan haqlarının qorunması anlayışlarının ziddinə olaraq həmişə destruktiv çıxışları ilə seçilirlər. Onların nə istədikləri, hansı maraqlara qulluq etdikləri təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur. Lakin onlar bilməlidirlər ki, Azərbaycan xalqı onlardan fərqli olaraq demokratik ənənələrə sadiqdir. Xalqın seçkilərdə nümayiş etdirdiyi iradə tam ədalətlidir və bu xalqı haqq yolundan döndərmək mümkün deyildir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-07-2018
18-07-2018
18.07.2018 Neft ucuzlaşıb
17-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.636 san