17:34 15 Aprel 2018
2948 dəfə oxunub
Çap versiyası
...

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Ümumxalq etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin bu parlaq qələbəniz ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideyalarının təntənəsinin, doğma Azərbaycanımızın yekdiIliyinin təcəssümü olmaqla, dünya səviyyəsində qazanılmış siyasi nüfuzunuzun sübutudur.

Cənab Prezident, Vətəndən kənarda yaşayan azərbaycanlılar adından Sizi bir daha ürəkdən təbrik edirik. Əminik ki, ümummilli dəyərlərimizə xidmət edən fəaliyyətinizlə doğma Vətənimizin ərazi bütövlüyünün tam bərpasına nail olacaq, yeni-yeni uğurlarınızla bizləri daha da sevindirəcəksiniz.

Dərin hörmət və ehtiramla,

 

Arif Quliyev

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası”

İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru,

Kiyev Milli Aviasiya Universitetinin professoru,

Ukraynanın Əməkdar Təhsil İşçisi


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:26 20.04/2018
 
Xəbər başlıqları
20-04-2018
20.04.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9985 san