22:17 15 Aprel 2018
697 dəfə oxunub
Çap versiyası
...

Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası" təsdiq edilib. Sözügedən Qaydaların 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:10 16.07/2018
 
Xəbər başlıqları
17-07-2018
16-07-2018
16.07.2018 Alın yazım - 2
16.07.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4802 san