08:07 16 Aprel 2018
4029 dəfə oxunub
Çap versiyası
...

Qəbələ rayonunun Böyük Əmirli kəndində qoyunlara canavarlar hücum edib. Gecə saat 4 radələrində qoyunların olduğu qapalı əraziyə soxulan vəhşi heyvanlar orda olan 18 qoyunu öldürüb, 17 qoyunu isə yaralayıb.

Canavarlar həyətə soxulub, xırdabuynuzlu heyvanları tələf edib.

Hadisə Qəbələ rayonunun Böyük Əmirli kəndində, İbad Əmrahovun təsərrüfatında baş verib. Tövləyə girən canavarlar 18 baş heyvanı öldürüb, 17 baş qoyunu isə yaralayıb.Vəhşi heyvanlar beton hasardan aşaraq tövləyə girib.

Kənd sakinləri deyir ki, kənddə belə hadisələr tez-tez olur. Tədbirlər görülmədiyi üçün Canavarlar həyətlərə girib sərbəst gəzirlər.

Rayonun Baş baytar həkimi Bəhman Abdurəhmanov bildirdi ki, cəsədlər baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
16-07-2018
16.07.2018 Alın yazım - 2
16.07.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0544 san