08:16 16 Aprel 2018
976 dəfə oxunub
Çap versiyası
...

Bu gün səhər Ağsuda yanğın olub. 

Rayonun mərkəzi bazarının yanında yerləşən 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. 

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib. 

Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-04-2018
20.04.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6922 san