09:36 16 Aprel 2018
634 dəfə oxunub
Çap versiyası
...

Tramp mənəvi cəhətdən prezidentliyə yararsızdır.
 
Bunu ABC telekanalına müsahibəsində Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi bəyan edib.
 
"Düşünmürəm ki o tibbi cəhətdən prezident olmağa qadir deyil. Lakin mənəvi cəhətdən Tramp prezidentliyə yararsızdır”, deyə C.Komi qeyd edib.
 
O həmçinin Trampı yalançı adlandırıb: "Çünki o daim təkzibedilməz faktları inkar edir. Misal üçün, Tramp bəyan edirdi ki, Obamanın andiçmə mərasimi ilə müqayisədə onun inauqurasiya mərasimində iştirak edənlərin sayı daha çox olub. Bu doğru deyil, yalandır”.
 
Qeyd edək ki, C.Kominin Trampla münasibətlərinə dair "Ali loyallıq: həqiqət, yalan və liderlik" adlı kitabı aprelin 17-də satışa çıxarılacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-04-2018
20.04.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7213 san