11:19 16 Aprel 2018
3734 dəfə oxunub
Çap versiyası
...

Misgərlik sənətinin mənbəyi İsmayıllı rayonunun Lahıc qəsəbəsi hesab edilir. Paytaxtda olması isə təəccüblü deyil.

Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində 3 qardaş 30 ilə yaxındır ki, bu sənəti yaşatmaqdadır.
 Eyvazovlar ailəsinin bu sənətə olan marağı və misgərliyi gənc nəslə çatdırma həvəsi onları ölkənin hüdudlarından kənara da aparıb. Zahid Eyvazov bu qədim sənəti 14 yaşında olarkən atasından öyrənib. O, misgər kimi fəaliyyətə Dağıstanda başlayıb. Zahid Eyvazov hazırda 42 illik peşəsini Bakının birinci sənətkarlar məhəlləsi hesab edilən, Kubinka kimi tanınan ərazidə davam etdirir.

Zahid Eyvazov: “Mən bu sənətə atamla birgə Dağıstanın Süleymansal rayonunda fəaliyyətə başladım. Orda su səhəngləri, mis qablar və s. Kimi köhnə qabları düzəltməklə məşğul idik. 12 il sərbəst işlədim.Daha sonra gəldim doğma Azərbaycanımıza”.

Zahid Eyvazov kimi qardaşları - Zakir və Mehman da atalarının sənətini davam etdirirlər. Onların sözlərinə görə, yaratdıqları əl işlərini əldə etmək üçün müştərilər hətta xaricdən belə onlara üz tutur. Səbəb görülən keyfiyyətli işin münasib qiymətə təklif edilməsidir.

Zakir Eyvazov: “10 manatlıq iş olursa, mən onu yarı qiymətinə verirəm”. 

Qardaşların sonuncusu Mehman deyir ki, tələbat daha çox mis samovarlara olur. Onun hazırlanması qışda çətinlik yaratsa da, yayda zövq verir. Eyvazov qardaşları bildirirlər ki, onlar hazırda da sənətin görünməyən incəliklərini öyrənmək üçün 87 yaşlı atalarının tövsiyələrindən bəhrələnirlər. Nəsildən-nəsilə keçən misgərliyi yaşatmaq üçün bu gün isə övladlarına bu sənətin sirlərini öyrədirlər.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-07-2018
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8556 san