12:35 16 Aprel 2018
613 dəfə oxunub
Çap versiyası
...

ABŞ, Fransa və Böyük Britaniyanın müxtəlif bəhanələrlə Suriyanı bombardman etməsi onu deməyə əsas verir ki, bu dövlətlər bölgədə sabitliyin bərpa olmasını istəmirlər.

Bu sözləri İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putin ilə telefon söhbətində deyib.

İran Prezidentinin rəsmi saytında yayılmış məlumatına görə, prezidentlər arasındakı telefon söhbətində Suriyanın bombalanması əsas müzakirə mövzusu olub.

Vladimir Putin bildirib ki, suveren dövlətin bombalanması beynəlxalq hüquqda özbaşınalığın yaranmasına səbəb olacaq. Onun sözlərinə görə, belə düşünülməmiş addımların atılması davam etsə, beynəlxalq hüquq normaları qəbul edilməyəcək və dünyada xaos başlanacaq.

Söhbət zamanı prezidentlər bundan sonra da Suriyanı dəstəkləyəcəklərini bildiriblər.

Xatırladaq ki, aprelin 15-də ABŞ, Fransa və Böyük Britaniyanın hərbi aviasiyası Suriyanın hərbi obyektlərini bombardman edib. Rəsmi Vaşinqton bu bombardmanın Suriya hakimiyyətinin kimyəvi silah işlətməsinə cavab olduğunu bəyan edib.

Rabil Kətanov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
16-07-2018
16.07.2018 Alın yazım - 2
16.07.2018 Neft ucuzlaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7448 san