21:29 16 Aprel 2018
Çap versiyası
...

Yüksək keyfiyyətli təhsili ilə seçilən "Kaspi" liseylərinə qəbul imtahanları keçiriləcək. İmtahanlar 10-cu sinfə qədər olan şagirdlər üçün aprelin 22-də, 11-ci siniflər üçün aprelin 29-da nəzərdə tutulub. İbtidai siniflərə qəbul isə mərhələlərlə həyata keçirilir. Artıq imtahanlara qeydiyyat başlayıb.

Beynəlxalq standartlara uyğun tədris proqramı ilə seçilən "Kaspi" liseylərinə qeydiyyat başlayıb.

İbtidai siniflərə qəbulda uşaqların məktəbə hazırlığı, eləcə də onların qrup və komanda işində fəaliyyəti yoxlanılır. Bu yoxlamalar mərhələlı şəkildə həyata keçirilir.

Dərslərdən əlavə şagirdlər üçün fiziki, yaradıcılıq və məntiq dərnəkləri də təşkil edilir. Yuxarı sinif şagirdlərinə isə bütün lazımi fənlərdən dərslər keçirilir və 10, 11-ci siniflərdə onlar ixtisas qrupları üzrə bölünür. Xarici dil kimi isə ingilis və rus dillərinə üstünlük verilir.

Liseyin şagirdləri xarici ölkə universitetlərinə qəbul üçün də hazırlaşdırılır. Eyni zamanda respublikadaxili və beynəlxalq olimpiadalara da hazırlıq aparılır. Bu sahədə xeyli yüksək nəticələr əldə edilib. Qəbul imtahanları 10-cu sinfə qədər olan şagirdlər üçün aprelin 22-də, 11-ci siniflər üçün aprelin 29-da keçiriləcək. Qəbul imtahanında yüksək nəticə göstərən şagirdlər üçün xüsusi endirimlər nəzərdə tutulub.

İmtahanlara qeydiyyat həftənin 6 günü "Kaspi" liseylərinin Ağ Şəhər və Bakıxanov filiallarında aparılır.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
15-10-2018
15.10.2018 Neft bahalaşıb
14-10-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
8.089 san