08:19 17 Aprel 2018
557 dəfə oxunub
Çap versiyası
...

Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə banklara yoxlama aləti təqdim edib.

Azərbaycan Banklar Assosiasiyasından (ABA)  bildiriblər ki, qurumun "Komplayens" üzrə ekspert qrupunun iclasında dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması" qaydasına dair məsələlər müzakirə edilib.

Həmçinin iclasda zamanı "NBC Bank" ASC, "Bank Avrasiya" ASC və "GünayBank" ASC-nin nümayəndələrinin "Komplayns” ekspert qrupuna daxil edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
08:43 25.04/2018
 
Xəbər başlıqları
25-04-2018
25.04.2018 Neft bahalaşıb
24-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7764 san