08:42 17 Aprel 2018
642 dəfə oxunub
Çap versiyası
...

Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Strategiya.az APA-ya istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində qeydə alınmış avtoqəza zamanı "Porsche" markalı minik maşını ilə "Shacman" markalı yük maşını toqquşub.

Məlumata görə, avtomobillərin hər ikisi metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edirmiş. Ehtimal olunur ki, "Porsche"nin sürücüsü avtomobili yüksək sürətlə idarə edirmiş. Eyni zamanda, yük maşınının arxa hissəsində də xəbərdaredici nişanlar olmadığı üçün qaranlıq yolda görünməsi çətinləşib. Sonda qəza qaçılmaz olub.

Yol qəzası nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. O, ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
13:19 23.04/2018
 
Xəbər başlıqları
23-04-2018
23.04.2018 Sabahın havası
23.04.2018 Neft ucuzlaşıb
22-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3103 san