09:09 17 Aprel 2018
810 dəfə oxunub
Çap versiyası
...

Aprelin 17-ə keçən gecə Suriyanın Hüms əyalətindəki "Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.
 
 Suriyanın havadan müdafiə sistemləri "Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.
 
"Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat rəsmi olaraq Suriya hökuməti tərəfindən təsdiqlənməyib.
 
İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.
 
"Al-Masdar”-ın digər məlumatına əsasən, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar.
 
İsrail Müdafiə Ordusunun mətbuat xidməti Suriyadakı insidentlə bağlı onlarda heç bir məlumatın olmadığını bildirib.//Tass


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-07-2018
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0902 san