AĞIR SƏNAYE SAHƏLƏRİNİN İNKİŞAFININ ÖLKƏ İQTİSADİYYATININ STRUKTURUNUN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ STRATEJİ ƏHƏMİYYƏTİ

08:00 / 31.03.2018

Azərbaycan iqtisadiyyatı hazırda özünün iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, yenilənməsi və müəyyənləşdirilmiş strateji hədəflər əsasında inkişafının sürətləndirilməsi fazasına qədəm qoymuşdur. Məlumdur ki, son illərdə dünya iqtisadi proseslərində baş verən qlobal dəyişikliklər, dünya ölkələrinin iqtisadi inkişaf modellərinin əsaslı şəkildə deformasiyalara uğraması, əksər ölkələrin son dünya maliyyə böhranından və iqtisadi qeyri-sabitlikdən kifayət qədər neqativ təsirlərə məruz qalması yeni iqtisadi inkişaf mexanizmlərinin, xüsusilə sənaye sahələrinin inkişafının əsas istiqamətlərinin təkmilləşdirilməsini tələb edir[1;2]. Mübaliğəsiz demək olar ki, bu strateji əhəmiyyətli vəzifə hazırda dünyanın əksər ölkələri üçün xarakterikdir. Qeyd edək ki, Azərbaycan da bu sırada istisna təşkil etmir. Belə ki, ölkəmizin milli iqtisadi inkişaf prioritetlərinin ən perspektivli və məhsuldar istiqamətləri sırasında sənaye sahələrinin, xüsusilə ağır sənaye sahələrinin strateji əhəmiyyəti böyükdür[3]. Bu sahələrin hesabına geniş çeşiddə rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili, alınan yarımfabrikatların və xammal yönümlü məhsulların hesabına əlavə dəyər yaratmaq imkanına malik istehsal sahələrinin təşkilinə şərait yaranır, yeni iş yerlərinin yaradılması sürətlənir, milli məhsulun strukturu genişlənir və həcmi artır, ümumilikdə isə milli iqtisadiyyatımızın strukturunun təkmilləşdirilməsində yeni imkanlar formalaşır[4]. Son dövrlərdə sənayenin inkişafı ilə bağlı kompleks və sistemli şəkildə, həm də ardıcıl formada tədbirlər görülməkdədir. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında qeyd olunmuşdur ki, iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir[5]. Bu mühüm dövlət proqramının reallaşdırılması prosesləri artıq intensivləşməkdədir. Xüsusilə, ağır sənaye sahələrində bir sıra iri həcmli layihələrin reallaşdırılması prosesləri sürətlənməkdədir. Sumqayıt sənaye mərkəzində bir-birinin ardınca müasir texnologiyalar əsaslı istehsal müəssisələrinin yaradılmasına başlanılmışdır. 2011-ci ildə fəaliyyətə başlayan Sumqayıt Kimya Sənaye Parkı “Azərkimya” İstehsal Birliyində və “Petkim”də (Türkiyə) istehsal edilən məhsulların dərin kimyəvi emala cəlb olunması və əlavə dəyər yaranması, bazar iqtisadiyyatlı strukturlu müasir kimiya və neftkimya emal müəssisələrinin yaradılması üçün nəzərdə tutulmuşdur. İri layihə olan “SOCAR Polyimer” MMC 2013-cü ildə yaradılmış və 23 sentyabr 2013-cü ildə bu müəssisəyə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmişdir, həmin müəssisədə 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal ediləcəkdir. ARDNŞ-in Sumqayıtda Karbamid zavodunun inşasının təməli 2011-ci ilin dekabrında qoyulmuş və bu tikintinin inşası Cənubi Koreyanın dünya şöhrətli Samsung Engieenering Co. Ltd. Şirkəti tərəfindən həyata keçirilir. Bu iri neftkimya müəssisəsində istehsal edilən məhsulun təqribən 45 %-i daxili bazara yönəldiləcək, qalanı isə ixrac ediləcəkdir[6,s.43]. Bunlarla bərabər, Sumqayıt Sənaye Kimya Parkında bir sıra digər yüksək texnologiyalar əsaslı istehsal müəssisələri istismara veriləcəkdir, bir neçə müəssisə isə artıq fəaliyyətə başlayacaqdır[7]. Digər tərəfdən isə, Gəncədə metallurgiya kompleksinin inkişafının sürətləndirilməsi və genişləndirilməsi məqsədilə, ümumiyyətlə ölkədə metallurgiya sektorunun dirçəldilməsi, onun ənənəvi potensialının bərpa edilməsi, modernləşdirilməsi və daxili tələbatın ödənilməsi ilə bərabər, geniş çeşiddə ixrac məhsullarının istehsalı imkanları istiqamətində kompleks tədbirlər görülməkdədir. Bu sahənin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi və təkmilləşdirilməsi məqsədilə, ölkədə müasir idarəetmə strukturu yaradılmış və 2013-cü ildə Azərbaycan polad istehsalı kompleksi təsis olunmuşdur[8].
Qeyd edək ki, dünya təcrübəsindən çıxış etməklə milli iqtisadiyyatın strukturunun genişləndirilməsində və əsasən yerli xammal bazasında inkişaf etdirilən emal sahələrinin, ilk növbədə ağır sənaye sahələrinin inkişafı hesabına ölkənin sənaye poteünsialının güclənməsində ağır sənaye sahələrinin möhkəmlənməsində - metallurgiya, neft-qaz emalı, neft-kimya və kimya sahələrində yüksək texnologiyalar əsaslı müasir qurğuların və məhsuldar istehsal güclərinin yaradılması milli iqtisadiyyatın inkişafına və artım tempinin dianmikliyinə güclü töhfə vermək iqtidarındadır. Bu sahələr həm də geniş mənada zəncirvari effektə malikdirlər, yəni bu sənaye sahələrinin bazalarında və istehsal olunan çoxsaylı məhsulların, yarımfabrikatların əsasında əlavə dəyər yarada biləcək digər istehsal sahələrinin təşkili, emal müəssisələrinin genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafına güclü potensialın yaradılması, biznes mühitinin yaxşılaşdırılması, iqtisadi fəallığın gücləndirilməsi mümkündür. Bu məqsədlərlə hazırda kompleks tədbirlərin icrası davam etdirilir və yaxın perspektivdə bu istiqamətdə geniş miqyaslı işlərin görülməsi nəzərdə tutulmuşdur. Bunlara Gəncə Alüminium Kompleksinin istehsal gücünün artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, Azərbaycan Polad İstehsalı Kompleksində dəmir filizi hasilatından polad istehsalınadək istehsal prosesinin qurulması və istifadəyə verilməsi, Sumqayıt Kimya Sənaye Parkında polimer zavodunun qurulması ilə bağlı zəruri tədbirlərin görülməsi, əvvəldə qeyd etdiyimiz kimi, Sumqayıtda digər iri bir müəssisənin - Karbamid Zavodunun istifadəyə verilməsi, sənaye təyinatlı yerli brendlərin yaradılması, inkişaf etdirilməsi və hədəf bazarlarında dəstəklənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, sənaye müəssisələrində korporativ idarəetmə standartlarının tətbiqinin təmin edilməsi, sənayeyönlü yeni kişik və orta şirkətlərin yaradılması, yeni yaradılmaqda olan sənaye məhəllələri və parkalarının infrastrukturlarının formalaşdırılması və fəaliyyətlərinin təşkili proseslərinin gücləndirilməsi və s. daxildir.
Qeyd edək ki, bu qəbildən olan sənaye məhəllələri, sənaye parkları və yüksək texnologiyalar parkları Sumqayıtla yanaşı, Balaxanı, Pirallahı, Gəncə, Mingəçevir, Neftçala, Masallıda da yaradılmaqdadır. Bu kimi müasir və yüksək məhsuldarlığa malik sənaye mərkəzlərinin və zonalarının, sənaye komplekslərinin yaradılması milli iqtisadiyyatın inkişafına daha güclü zəmin yaradacaqdır. Məlumdur ki, bir çox dünya ölkələrində milli iqtisadiyyatın inkişafının sürətləndirilməsində, sənaye sahələrinin modernizasiya olunmasında, bu sahələrə xarici investisiyaların gətirilməsinin intensivləşdirilməsində yeni iqtisadi mexanzimlərindən geniş istifadə olunmuşdur. Bu istiqamətdə sənaye klasterlərinin tətbiqi məsələləri də xeyli aktualdır[9]. Və yaxud milli iqtisadiyyatın inkilşafının sürətləndirilməsinə və strukturunun təkmilləşdirilməsinə, o cümlədən ağır sənaye sahələrinin modernizasiya olunmasına tələb olunan maliyyə resurslarının formalaşdırılmasında müasir texnoparklarda istehsal olunan ixracyönümlü məhsulların əhəmiyyəti strateji baxımdan kifayət qədər yüksəkdir. Belə ki, ixrac potensialının genişləndirilməsi ölkəyə əlavə valyuta resurslarının gətirilməsinə imkan verir və valyuta ehtiyatlarının artımı üçün əlverişli zəmin yaranır[10].
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Bununla əlaqədar olaraq tarixi strateji hədəflər müəyyənləşdirilmiş və bütün bunlar öz əksini Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanında öz əksini tapmışdır[11]. Ağır sənaye üzrə Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcəkdir. Strateji yol xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1,56 mlrd. manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır[12]. Göründüyü kimi, ağır sənaye sahələrinin inkişafının ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsində, onun rəqabətqabiliyyətinin artırılmasında, həmçinin milli iqtisadiyyatın həcminin artımında, ÜDM-in real artımının təmin edilməsində yeni mənbələrin formalaşdırılmasında, bunlarla bərabər ölkədə iqtisadi fəallığının yüksəldilməsində, layiqli və davamlı iş yerlərinin açılmasında, sosial-iqtisadi problemlərin həll edilməsində strateji əhəmiyyəti böyükdür. Yaxın perspektivdə bu vəzifələrin öhdəsindən gəlmək üçün bir sıra prinsipial məsələlərin kompleks baxılması, ardıcıllığın qorunması və strateji hədəflərin icrası proseslərində effektiv mexanizmlərin tətbiqinin təmin edilməsi, zəruri hallarda onların təkmilləşdirilməsi strateji əhəmiyyət kəsb edəcəkdir:
- Ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi və qlobal çağırışlar konteksində milli iqtisadiyyatın inkişafının dinamikliyinin təmin edilməsi, onun potensialının artırılması məqsədilə ağır sənaye sahələrinin kompleks inkişafın sürətləndirilməli və nəzərdə tutulan strateji hədəflərin yerinə yetirilməsi proseslərində bu sahənin effektivliyinin və potensailının yenidən qiymətləndirilməsinə baxılmalı, sahənin maksimum dərəcədə səmərəli fəaliyyəti üçün ardıcıl tədbirlər görülməsi təmin olunmalıdır;
- Ağır sənaye sahələrinin müasirləşdirilməsi, rəqabətqabiliyyətinin artırılması, ixrac potensialının gücləndirilməsi kimi strateji hədəflərin yaxın perspektivdə reallaşdırılması məqsədilə, bu sahələrə dünya təcrübəsində ciddi uğurlara nail olmuş iri kompaniyaların, investorların fəal şəkildə gəlməsinin stimullaşdırılması məqsəduyğun sayılır və artıq belə bir təcrübənin ölkəmizin hasilat sahəsində - neft-qaz sahəsində özünün doğrultmasından çıxış etməklə, ağır sənaye sahəsinin də inkişafının intensivləşdirilməsində bu metoddan yararlanmaq səmərəli olardı və s.


Ədəbİyyat
1. Richard N. Cooper. A Glimpse of 2020. Harvard University. http://scholar.harvard.edu/files/cooper/files/a_glimpse_of_2020.pdf.
2.World Economic and Social Survey 2013. Sustainable Development Challenges. United Nations publication. Sales No. E.13.II.C.1. United Nations, 2013.-216 p. http://www.sustainabledevelopment.un.org.
3. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə, modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı: Elm və təhsil, 2012.-196 s.
4. Əliyev Ş.T. Azərbaycanın kimya və neftkimya kompleksinin qiymətləndirilməsi və yenidən qurulması istiqamətləri. Bakı: Elm və Təhsil, 2012.-156 s.
5. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
6. Əliyev Ş.T. Azərbaycanda neftkimya kompleksinin inkişafının müasir aspektləri və istiqamətləri // Audit jurnalı, №3, 2016.-S. 41-45.
7. “Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamı.
8. Əliyev Ş.T. Milli iqtisadiyyatın inkişafının sürətləndirilməsində sənaye klasterlərinin tətbiqini şərtləndirən amillər // Audit jurnalı, № 4, 2016.-S.73-79.
9. Əliyev Ş.T. Azərbaycanın maliyyə resurslarının və sənaye-ixrac potensialının artırılmasında texnoparkların əhəmiyyəti // Maliyyə və uçot jurnalı, № 6, 2015.- S. 47-53.
10.Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il. http://www.president.az.
11.Prezident ağır sənaye ilə bağlı “Strateji Yol Xəritəsi”ni təsdiqlədi - Fərman. http://www.strateq.az.
12.Strateji Yol Xəritəsi: Ağır sənaye sektorundakı tədbirlər ÜDM-də 1,6 mlrd. manat artıma səbəb ola bilər. http://www.kaspi.az.

Açar sözlər: ağır sənaye sahələri, milli iqtisadiyyat, qeyri-neft sektoru sahələri, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, ağır sənaye sahələrinin strateji əhəmiyyəti.

Ключевые слова: сферы тяжёлой промышленности, национальная экономика, сферы ненефтяного сектора, совершенствование структуры экономики, стратегическая важность сферы тяжёлой промышленности.

Key words: the scope of heavy industry, the national economy, the scope of the non-oil sector, the improvement of the economic structure, the strategic importance of the sphere of heavy industry.

Резюме
Стратегическая важность развития сферы тяжёлой промышленности в совершенствовании структуры экономики страны

В статье исследована стратегическая важность развития сферы тяжёлой промышленности в совершенствовании структуры экономики страны. Анализированы роль и потенциал сферы тяжёлой промышленности в национальной экономике страны. Раскрыты возможности сферы тяжёлой промышленности по расширению ассортимента конкурентоспособных продукций. Оценена роль сферы тяжёлой промышленности в совершенствовании структуры национальной экономики.
В конце статьи дан ряд предложений и рекомендаций по развитию сферы тяжёлой промышленности в ближайшей перспективе.

Summary
The strategic importance of the development of the sphere of heavy industry in improving the structure of the economy

The strategic importance of the development of heavy industry in the sphere of improving the structure of the economy is studied. The role and potential of the sphere of heavy industry in the national economy are analyzed. The possible areas of heavy industry to increase the range of competitive products are revealed. The role of heavy industry in the scope of improving the structure of the national economy is appreciated.
A number of proposals and recommendations for the development of the sphere of heavy industry in the short term are given at the end of the article.

 

ƏSLİ KAZIMOVA
İqtisad üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM