13:39 17 Aprel 2018
1027 dəfə oxunub
Çap versiyası
...

Ermənistan parlamentinin deputatı, müxalif “Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan respublikada “inqilabi vəziyyətin” yarandığını bildirib.

Strategiya.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Nikol Paşinyan hazırda bütün güc strukturlarının parlament qarşısına toplandığını bildirib.

“Onlar bizi gözləyir. Lakin biz başqa cür hərəkət edəcəyik. Biz indi yürüş edib digər hökumət binalarının işini iflic edəcəyik”, - deyə Paşinyan əlavə edib.

Bununla yanaşı, müxalifət lideri aksiya iştirakçılarının zorakılığı istisna etməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, bu dəqiqələrdə Ermənistan parlamentində Serj Sarkisyanın baş nazir postuna seçilməsi məsələsinin müzakirə olunduğu xüsusi iclas keçirilir.

Parlament binası gücləndirilmiş polis dəstələri tərəfindən mühafizə altına alınıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-04-2018
25.04.2018 Neft bahalaşıb
24-04-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.585 san