13:56 17 Aprel 2018
738 dəfə oxunub
Çap versiyası
...

Nəzarət orqanı olaraq, bizim müşahidələrimiz göstərir ki, son bir həftə ərzində Rusiya və Türkiyədə xarici valyuta məzənnələrinin milli valyutaya nisbəti Azərbaycanda psixoloji gərginlik yaratmaqda idi. Amma apardığımız təhlillər əsasında deyə bilərik ki, bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur.
 
Bunu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bankları və onların filiallarını, həmçinin satış nöqtələrini kifayət qədər nağd valyuta ilə təmin edib.
 
"Bu, sadəcə psixoloji amillə bağlıdır. Valyuta alışlarını ən çox əhali qrupu həyata keçirir. Hesablamalara görə, son bir həftədə ortalama valyuta alışı adambaşına təxminən 800-1300 dollar olub. Bu isə onu deməyə əsas verir ki, vətəndaşların narahatlığına heç bir makroiqtisadi əsas yoxdur”, - deyə İ.Alışov vurğulayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
10:23 21.07/2018
Neft bahalaşıb
09:10 20.07/2018
 
Xəbər başlıqları
23-07-2018
22-07-2018
21-07-2018
21.07.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6415 san