15:15 17 Aprel 2018
736 dəfə oxunub
Çap versiyası
...

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 17-də saat 14:40-dan etibarən elan edib.
 
DİM-dən verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin bütün mobil operatorlar vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
 
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23124 abituriyentdən 264 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub.
 
Qeyd edək ki, aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanlarına yazılış davam edir.
 
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
 
Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-07-2018
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6126 san