09:00 19 Aprel 2018
770 dəfə oxunub
Çap versiyası
...

"Rusiyaya qarşı məndən sərt yanaşan yoxdur”.
 
 Strategiya.az-ın REN TV-yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Donald Tramp ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
O, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu söyləyib.
 
D.Tramp həmçinin bildirib ki, bir ay əvvəl Suriyada ABŞ və Rusiya hərbçiləri arasında şiddətli toqquşma baş verib. "Bu çox kədərlidir. O döyüşdə bir çox insan həlak olub", deyə D.Tramp əlavə edib. ABŞ prezidenti hadisənin detallarını açıqlamayıb.
 
Fevralın ortalarında Amerika mətbuatında Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hökumət qüvvələrinə endirdiyi zərbələr nəticəsində xeyli sayda rusiyalı hərbçinin həlak olması barədə məlumatlar yayılıb. O zaman ABŞ-ın müdafiə naziri Ceyms Mettis hadisə barədə məlumatlı olmadığını bildirib.
 
Rusiya XİN toqquşmalar nəticəsində Rusiya və MDB ölkələrinin vətəndaşlarının öldüyü və yaralandığını təsdiqləsə də, aralarında hərbçilərin olduğunu təkzib edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
28-05-2018
27-05-2018
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9356 san