09:36 19 Aprel 2018
3518 dəfə oxunub
Çap versiyası
...

Şamaxıda yenə sürüşmə baş verib.

Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda asvalt örtüyündə iri çatlar, çökmələr əmələ gəlib.

Asvalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. 3 kəndi birləşdirən yolda ilk dəfədir ki, sürüşmə prosesi yaşanıb. Pirqulu Dəmirçi yolu rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşir. Sürüşmə yolun üç hissəsində qeydə alınıb. Ən böyük sürüşmə yolun 3-cü kilometrindədir. Yerli sakinlərin sözlərinə görə, çatların həcmi hər gün daha da artır.

Fikrət Mustafayev – Sakin: “Dünən də burada olmuşam. Bu gün də maşını saxladım. Sürüşmə 5-6 metr artıb”.

Turizm əhəmiyyətli Pirqulu-Dəmirçi yolu ötən il yenidən qurularaq istifadəyə verilib. Bu yol həm də yeni çəkilməkdə olan Dəmirçi–Lahıc yoluna aparır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İsmayıllıda yanğın
09:34 19.08/2018
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6311 san