20:54 19 Aprel 2018
3392 dəfə oxunub
Çap versiyası
...

Salyanlı fermerlər sarımsaq əkərkən İrandan gətirilən yeni sorta üstünlük veriblər. Həmdə yerli toxumlarla müqayisədə daha çox pul ödəyiblər. Fermerlərə indi məlum olub ki, əkdikləri sarımsaq sortu məhsuldar deyil.

Daha çox məhsul götürmək üçün yeni sort sarımsaq əkdilər, nəticə əksinə oldu.

Belə bir vəziyyətlə Salyan rayon Yolüstü kənd sakinləri üzləşiblər.Fermerlərin ötən il İrandan alaraq gətirdikləri yeni sarımsaq növü özünü doğrultmayıb.Məlum olub ki, bu sarımsaqlar inkişaf etdikcə onun torpaq altında olan soğanağındakı dənələrin sayı qədər üzərində gövdələr də əmələ gəlir.Bu isə gələcək məhsuldarlığın kəskin azalması deməkdir.

Yerli sortlarda isə bundan fəqli olraq Torpaq altında olan dənələrin sayı nə qədər çox olsa belə bunlar hamısı bir gövdə altında inkişaf edərək yetişir.İranadan gətirilmiş sarımsaqların məhsuldarlıq və keyfiyyətinin yerli sortlara nisbətən aşağı olması fermerləri çıxılmaz vəziyyətdə qoyub.

Üstəlik xarici toxumların hər kiloqramına yerli sorlarla müqayisədə 1 manat çox -5 manat 50 qəpik pul ödənilib.Təkcə Yolüstü kəndində 10 hektara yaxın ərazidə xaricdən gətirilən toxumdan istifadə edilib.Digər kənd sakinlərinin də bənzər problemlə üzləşdiyi bildirlir.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neftin qiyməti
08:51 23.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 DİN və din
23.05.2018 Neftin qiyməti
22-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4443 san