08:37 20 Aprel 2018
1026 dəfə oxunub
Çap versiyası
...

Aprelin 19-da Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialında birinci turun oyunları keçirilib. İlk turda Azərbaycan şahmatçısı Rauf Məmmədov qara fiqurlarla Çexiya təmsilçisi David Navara ilə heç-heçə oynayıb.

Partiyadan sonra David Navara oyun barədə danışıb. O deyib: “Açılışdan sonra debütdə üstünlük qazanıb. Çox maraqlı vəziyyət yaranmışdı. Təəssüf ki, üstünlükdən istifadə edə bilmədim. Rauf çox dəqiq oynayaraq vəziyyəti bərabərləşdirdi və üstünlüyü qaytarmağa imkan vermədi. Amma qələbə qazanmaq imkanım var idi”.

Mərhum Vüqar Həşimov barədə danışan çexiyalı şahmatçı onunla oynadığı turnirləri yada salaraq deyib: “Vüqar Həşimovu çox yaxşı xatırlayıram. Vüqar həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı. Onunla 9 dəfə qarşılaşmışam. Bu oyunların beşində Vüqar qələbə qazanıb. Onun yoxluğunu qəbul etmək çox çətindir. Vüqarın özünəməxsus gülüşü hər zaman yadımdadır. Şəmkir turnirində həmişə onu xatırlayırıq”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ronaldo "Real"dan ayrılır?
10:35 27.05/2018
 
Xəbər başlıqları
28-05-2018
27-05-2018
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4196 san