12:03 20 Aprel 2018
1102 dəfə oxunub
Çap versiyası
...

Gömrük nəzarətindən gizlədilən malların sərnişin qatarının kupe vaqonunun tavanında gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.

Baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
İsmayıllıda yanğın
09:34 19.08/2018
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6 san