22:09 20 Aprel 2018
3430 dəfə oxunub
Çap versiyası
...

6 yaşlı Xatirə 10 gündür sığınacağa yerləşdirilib. O, tapılarkən üzərində yanıq və zorakılıq əlamətləri olub. Uşaq deyir ki, evə pul gətirmədiyi üçün valşdeynləri ona işgəncə veriblər

Balaca Xatirə hələ körpə yaşlarından valideyinləri tərəfindən dilənçiliyə məcbur edilib. Qızcığaz deyir ki, evə az pul aparanda valideynləri ona işgəncə veriblər. 6 yaşlı Xatirə həm ailəsini dolandırır, həm də iki körpə qardaşına baxırmış. Üstəlik, ev işlərini də görürmüş.

Bədənində yanıq izləri və zorakılıq əlamətləri olan Xatirə Bakının Nizami rayonundan tapılıb. 10 gündür sığınacaqda yaşayır. Deyir ki, evinə qayıtmaq istəmir.

Xatirə Ağstafanın Poylu kəndindən olduğunu, hazırda Bakıda kirayə yaşadıqlarını bildirir. Sığınacağa gətirilərkən üzərində 11 manat xırda pul olub. Azərbaycan Uşaqlar Birlyinin sədri Kamala Ağazadə deyir ki, Xatirə güclü zəkaya malik məntiqli uşaqdır. Sağlamlığı ilə bağlı heç bir problem yoxdur.

Xatırənin anasının adı Nuranə, atasının adı isə Suracdır. Məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5642 san