10:59 24 Aprel 2018
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

Serj Sarksyanın istefası ilə Ermənistanda yeni bir siyasi mərhələnin əsası qoyuldu. Bu dəyişiklik regionda marağı olan və burada təsir imkanlarına malik olan bütün qüvvələri hərəkətə gətirdi. Hətta uzun müddət qış yuxusuna getmiş Minsk Qrupu həmsədrləri də yaxında olduqlarını və nə isə etmək istədiklərini bildirməyə başladılar. Sarksyan rejiminin daxili və xarici siyasətindən cana doymuş Ermənistan cəmiyyəti nəyə nail oldu. Onlar nəyi dəyişməyə və necə dəyişməyə ümid edirlər.

Ermənilərin Qarabağ məsələsində radikal mövqedən çıxış etməsi, onlar üçün mövcud status kvonun əlverişli olması onların konstruktiv mövqeyə gələcəyinə ümid etməyə ümid yeri qoymur. Düşmənçilik zəhəri ilə zəhərlənmiş, özlərinin haqqında yüksək fikirdə olmaları erməni cəmiyyətini reallığı olduğu kimi dərk etməsinə imkan vermir. Hakim rejim üzərində əldə edilmiş qələbə, məqsədə nail olunması özündən müştəbehliyi bir az da gücləndirə bilər. Mövcud hakimiyyət üzərində qələbə eyforiyası onları reallıqdan uzaqlaşdıra, yeni avantüralara çəkə bilər.

Digər tərəfdən Ermənistan özünün deyil, özgə maraqlarına xidmət edən bir siyasətin girovudur. Özünün kifayət qədər hərbi gücü, iqtisadi potensialı olmayan Ermənistanın indiki eyforiya ilə bütün problemlərini həll etməyə ümid etməsi illüziyadan başqa bir şey deyildir.

Gedən proseslərdə müsbət amil odur ki, rejimin buxovlarından xilas olmağa can atan Ermənistan ölkənin sosial-iqtisadi problemlərini həll etmək, ətraf təcriddən xilas olmaq, dünyaya normal inteqrasiya etmək üçün Qarabağ probleminin həlli üçün çıxış yollarının axtarılması zəruridir. Onun isə yolu bu problemin ədalətli həllindən, qonşularla münasibətini normal hala gətirməkdən, işğalçılıq siyasətindən imtina etməkdən, işğal etdiyi ərazilərdən çıxıb getməkdən keçir. Yeni Ermənistan hakimiyyəti əvvəlki təcavüzkar siyasəti davam etdirərsə, bu onları daha ağır duruma gətirər, münaqişənin dinc yolla həllini qeyri-mümkün edər.

Ermənistanın Rusiya ilə Qərb ölkələri arasında ikili oyun oynaması da onun şanslarını xeyli azaldır. Bu kənar qüvvələr Ermənistan cəmiyyətinə öz maraqlarına uyğun addımlar atacağına imkan verəcəkmi. Çətin sualdır. Lakin butun bunlara baxmayaraq, Ermənistan cəmiyyətinin problemlərini həll etməyə can atması üçün reallıqları götür-qoy etməsi müsbət bir hadisədir.


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.1338 san