13:24 25 Aprel 2018
932 dəfə oxunub
Çap versiyası
...

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini G.Bədəlova “Gənclik” stansiyasının platformasında çantasından mobil telefonunun oğurlandığını bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev olduğu məlum olub. Ətrafında aparılan tədbirlərlə onun aprelin 22-də metronun “İçərişəhər” stansiyasının platformasında Ağdam rayon sakini İ.Məhəmmədlinin cibindən mobil telefon oğurladığı da müəyyən edilib.

 

Mobil telefonlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
28-05-2018
27-05-2018
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6357 san