13:58 25 Aprel 2018
933 dəfə oxunub
Çap versiyası
...

AFFA-nın İntizam Komitəsi "Keşlə"nin baş məşqçisi Yuri Maksimovu cəzalandırıb.

Strategiya.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” – “Keşlə” matçının 72-ci dəqiqəsində aqressiv davranışa görə texniki zonadan  kənarlaşdırılan ukraynalı mütəxəssis bu səbəbdən 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

 


Xatırladaq ki, Yuri Maksimov "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalizadəni əvvəlcə itələyib, sonra isə ayağına zərbə endirməyə cəhd göstərib. Bu, Bəxtiyarın rəqib futbolçuya sürüşmə fəndi etdikdən sonra “Keşlə”nin texniki zonasına yaxınlaşdığı vaxt baş verib. Maksimovun hərəkətindən sonra meydanda qısa müddətə ara qarışıb, amma futbolçular hadisələrin daha da böyüməsinə imkan verməyib. Bu hərəkətinə görə baş hakim Əliyar Ağayev Yuri Maksimova qırmızı vərəqə göstərərək onu texniki zonadan uzaqlaşdırıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8633 san