14:12 25 Aprel 2018
914 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin Kaspi rayonunun Ferma kəndində yaşayan azərbaycanlı ailəyə qarşı törədilən cinayət faktını diqqətdə saxlayır.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, aprelin 24-də baş vermiş hadisədən dərhal sonra səfirliyin əməkdaşları Gürcüstanın müvafiq dövlət strukturları ilə əlaqə saxlayıblar. Gürcüstan tərəfi hadisənin araşdırıldığını və cinayətkarların tezliklə tapılaraq istintaqa cəlb olunacaqlarını bildirib.

Səfirliyin məlumatına görə, Gürcüstan tərəfinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində artıq faktla bağlı iki nəfər saxlanılıb.

Məlumat üçün qeyd edək ki, aprelin 24-də gecə naməlum maskalı şəxslər Kaspi rayonunun Ferma kəndində Allahverdiyevlər ailəsinə basqın ediblər. Zor tətbiq edərək ailədən xeyli pul və qızıl-zinət əşyaları götürülüb.

Polisin saxlanılan şəxslərin birinin evində apardığı axtarış zamanı narkotik vasitə və lüləsi kəsik ov tüfəngi aşkar olunub. Cinayətkar dəstə üzvlərinin oğurladıqları qızıl və digər əşyalar müsadirə olunub. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
15-08-2018
14-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7577 san