17:00 25 Aprel 2018
1030 dəfə oxunub
Çap versiyası
...

İsveç kardioloqları müəyyən ediblər ki, fiziki aktivlik ürəktutması keçirənlərin erkən ölümdən xilas olmasına kömək edir.

Həkimlərin apardığı tədqiqatda 2005-2013-cü illərdə miokard infarktı keçirən 22 227 nəfər iştirak edib. Kardioloqlar onların fiziki aktivliyini iki dəfə - ürəktutmasından 6-10 həftə keçmiş müddətdə və 12 ay sonra qiymətləndiriblər. Hər iki halda sorğuya cəlb olunan könüllülər bundan öncəki yeddi gün ərzində, həm də 30 dəqiqədən az olmamaq şərti ilə necə məşq etdiklərini göstəriblər. Bu, infarktdan sonra əzələlərin üzərinə düşən yükün necə dəyişdiyini müəyyən etməyə imkan verib.

Orta hesabla 4,2 il ərzində 1087 xəstə vəfat edib. Ölüm riski fiziki aktiv olmayanlar arasında daha yüksək olub. Belə ki, tək-tük məşqlər ölüm ehtimalını 37 faiz, ardıcıl məşqlər isə 59 faiz azaldıb. Alimlərin fikrincə, infarkt keçirənlər siqareti atmaq və sağlam qidalanma ilə yanaşı, həftədə ən azı iki dəfə məşqlərə də diqqət yetirməldirlər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 DİN və din
23.05.2018 Neftin qiyməti
22-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5501 san