21:16 25 Aprel 2018
1897 dəfə oxunub
Çap versiyası
...

Ermənistanda müxalifətin "Çıxış" fraksiyasinin rəhbəri Nikol Paşinyanla baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyanın bu günə planlaşdırılan görüşü təxirə salındıqdan sonra, İrəvanda etirazlar yeni mərhələyə qədəm qoyub. Etirazçılar Serj Sarkisyanın ardınca, bütünlüklə hakim partiyanın rəhbərlikdən getməsini tələb edirlər. Ermənistanın tanınmış idmançıları müxalifətin etiraz aksiyasına qoşulublar. Ermənistanın gənclər və idman naziri isə istefa verərək, hər kəsi küçələrə səsləyib. Ölkənin müxtəlif yerlərində də kütləvi etiraz aksiyaları keçirilir.

 İrəvan barıt çəlləyini xatırladır. Serj Sarkisyan istefa versə də, erməni xalqı etirazları davam etdirir. Etirazçılar " Karen, Serjin yanına get!", "Nikol - baş nazir" kimi şüarlar səsləndirirlər.

Bölgələrdən yüzlərlə maşın paytaxt İrəvana doğru yola çıxıb. Görüntülərdə təkcə Aparan kəndindən İrəvana gələn etirazçılardır. Məqsəd birdir-Karen Karapetyan başda olmaqla bütün nazirlər postlarını tərk etməli, ölkədə yeni hökümət qurulmalıdır.

Aksiyalara rəhbərlik edən Nikol Paşinyan bəyan edib ki, Respublikaçılar Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər. Müxalifət lideri bildirib ki, ''Hakim partiyanın Sarkisyanı qurban verməklə hakimiyyəti saxlamağa cəhd etdiyini düşünmək üçün bütün əsaslarımız var".

 

Paşinyanın tərəfdarları hava limanına gedən yolu və nəqliyyatın intensiv işlədiyi magistralı nəzarət altına alıblar. Sərnişinlər hava limanına piyada getmək məcburiyyətində qalıblar. Artıq idmançılar da ölkənin Olimpiya Komitəsinin binası qarşısından etirazçıların yürüşünə qatılıblar. Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verərək etiraz aksiyalarına qoşulub. O, "Daşnaksütyun" partiyasında və digər təşkilatlarda olan həmkarlarını da xalqa qoşulmağa çağırıb.

 

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.

 



 

 

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 DİN və din
23.05.2018 Neftin qiyməti
22-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0228 san