09:24 26 Aprel 2018
898 dəfə oxunub
Çap versiyası
...

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə hollandiyalı Peer van Cası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Qələbə boksçumuza qızıl medalla yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov isə ikinci yerlə kifayətlənib. O, finalda rusiyalı Cambulat Bijamova 0:5 (27:30, 28:20, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Ölkəmiz 1 qızıl və 1 gümüş medalla oğlanlardan ibarət yığmaların komanda hesabında 6-cı yeri tutub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8644 san