20:01 02 May 2018
6244 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Bu günlərdə AFR və ABŞ liderləri arasında keçirilmiş görüşün mütləq çətin bir görüş olacağı gözlənilirdi. Bunun tam əksinə olaraq, Angela Merkel və Donald Tramp bir-birinə hörmətlə yanaşdılar. Ekspertlərin fikrincə, bu, hər iki ölkə üçün yaxşı əlamətdir.

ABŞ Prezidenti Donald Trampın AFR Kansleri Angela Merkellə görüşünün ABŞ Prezidentinin Fransa lideri Emmanuel Makronla görüşü ilə müqayisə olunması labüddür, amma bundan dərhal imtina etmək lazımdır. Əlbəttə, Vaşinqtona uzunmüddətli rəsmi səfərə deyil, qısamüddətli işgüzar səfərə gəlmiş A.Merkeli toplardan açılan yaylım atəşi ilə qarşılamadılar. Onu nə ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun Maunt-Vernondakı keçmiş iqamətgahına ekskursiya apardılar, nə də Ağ Evdə onun şərəfinə dəbdəbəli rəsmi şam yeməyi verdilər.

Belə görünür, E.Makron ilə D.Tramp arasında qarşılıqlı rəğbətin bütün dəbdəbəsinə, təntənəsinə və nümayişinə baxmayaraq, Fransa Prezidentinin amerikalı həmkarı ilə görüşündə əldə etdiyi konkret nəticələr, çətin ki, A.Merkelin ABŞ-a qısamüddətli səfəri çərçivəsində əldə etdiklərindən əhəmiyyətli dərəcədə fərqlənsin. Əslində, onların heç biri konkret nəsə əldə etməyə müvəffəq olmadı. Əsas məsələlərə gəldikdə isə gözlənildiyi kimi, Tramp ilə danışıqlarda nə E.Makron, nə də A.Merkel vəziyyəti öz xeyrinə dəyişdirə bilmədi.

2017-ci ildə Ağ Evdə Almaniya və ABŞ prezidentlərinin ilk görüşündə qalmaqallı epizod baş vermişdi. Liderlər bir-birinə əl verməmişdilər. Angela Merkelin dördüncü müddətə kansler vəzifəsində ABŞ-a bu səfəri qalmaqal yaradan hallarla yadda qalmadı. Əvəzində D.Tramp AFR Kanslerinin əlini möhkəm sıxmaq üçün az qala dəridən-qabıqdan çıxırdı.

Berlini daha çox maraqlandıran məsələlər, məsələn, İranın nüvə proqramına dair sazişdə ABŞ-ın sonrakı iştirakı, Avropa İttifaqından polad və alüminium idxalına Vaşinqton tərəfindən rüsumların tətbiq edilməsi təhlükəsi, habelə Suriya münaqişəsinin nizamlanmasında ABŞ-ın gələcək rolu barədə məsələlərə gəldikdə isə görüşdən sonra D.Trampın açıq bəyanatından məlum oldu ki, onun mövqeyində əhəmiyyətli dəyişikliklər yaranmayıb. Yaxın Şərq regionunda İranın rolu barədə yenidən son dərəcə mənfi fikirlər söyləyən D.Tramp jurnalistlərdən birinin sualına cavab verərkən Tehranın nüvə silahına sahib olmasına imkan verməmək üçün ABŞ-ın hərbi müdaxiləsini istisna etmədi.

Polad və alüminiuma yeni rüsumlar barəsində Avropa ölkələri üçün müstəsna şərtlərin qüvvədə olmasının mayın 1-də başa çatan müddətinin uzadılmasına gəldikdə isə Tramp yenə də Aİ ilə ABŞ arasında ticarət şərtlərinin, onun fikrincə, ədalətsiz olmasından şikayətlənib. Bununla belə, o, müstəsna şərtlərin qüvvədə olması müddətinin uzadılıb-uzadılmayacağı barədə suala birbaşa cavab verməkdən yayınıb. Bundan əlavə, D.Tramp müdafiə sahəsinə nisbətən az vəsait yatırdığına görə Almaniyanı nə tənqid edib, nə də bu məsələni qabardıb. Halbuki həmin məsələ Vaşinqtonla Berlin arasında maneə yaradan əsas məsələlərdən biridir. O, yalnız ümumi şəkildə qeyd edib ki, NATO-nun Avropadakı üzvləri Alyansın büdcəsinə ədalətli pay verməlidirlər.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9252 san